Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

Bakıda ‘’exchange’’ rəhbəri polis idarəsində döyülərək öldürüldü

Bakıda polis əməkdaşları valyuta mübadiləsi məntəqəsinin rəhbərini döyərək ölüdürüb. Criminal.az-a daxil olan məlumata görə, aprelin 19-da Səbail rayonu, Xəqani küçəsi 15 ünvanında yerləşən valyutadəyişmə məntəqəsində işləyən Ağarza Vəliyev saat 11-12 radələrində rayon Polis İdarəsinə aparılıb və orada işgəncəyə məruz qalıb.

Mərhumun oğlu Sadıq Vəliyevin saytımıza göndərdiyi şikayət məktubunda deyilir ki, sözügedən valyutadəyişmə məntəqəsi 15 ildən artıqdır ki, atası A.Vəliyevə məxsusdur. Lakin devalvasiyadan sonra məntəqənin lisenziyası ləğv edilib. Məntəqənin yerləşdiyi sahə Vəliyevlər ailəsinə məxsus olduğundan onlar tez-tez həmin yerə toplaşarmışlar. Aprelin 19-da saat 11-12 radələrində A.Vəliyev və yeznəsi Ağarza Musayev həmin ünvanda görüşüb söhbət edən zaman qonşuluqda yerləşən marketdə işləyən oğlan oraya daxil olaraq A.Vəliyevdən su, sok, siqaret və sair ərzaqın lazım olub-olmadığını öyrənmək istəyib. Onun ardınca içəri 3 nəfər daxil olaraq onları təhqir edərək zor tətbiq edib. Səs-küyə yığışanları görəndən sonra isə həmin adamlar özlərini polis kimi təqdim ediblər. Həmin şəxslər içəridə axtarış apararaq Vəliyevlərə məxsus 20 min manata yaxın pulu akt tərtib etmədən götürüb, sonra isə A.Vəliyev və onun yeznəsini polis maşınına mindirərək Səbail Rayon Polis İdarəsinə aparıblar.

''Bundan sonra A.Musayev mənə zəng edərək idarədə onlara fiziki və mənəvi təzyiq göstərildiyini, atamın vəziyyətinin pisləşdiyini deyib. Mən təcili olaraq idarəyə yollandım və yolda olarkən qohumumuza zəng edib oraya təcili yardım çağırılmasını xahiş etdim, o isə cavabında bildirdi ki, polislər təcili yardımı çağırmağıma imkan vermir. Təxminən bir saata idarəyə çatdım. Orda məlum oldu ki, polislər təcili yardım çağırılmasına imkan verməyib. Mənim israrımdan sonra təcili yardım çağırıldı. Atamı beyinində qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirdilər. Atam yolda olarkən qardaşıma və xəstəxanada mənə dəfələrlə bildirdi ki, polis əməkdaşları onlara fiziki zor göstərib.

Sonradan məlum olub ki, A.Vəliyev və onun qohumuna qarşı fiziki təzyiq Səbail RPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyatçıları olan Aydın, Bəhram və Rasim tərəfindən edilib. A.Vəliyev xəstəxanada 3 gün koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib. 59 yaşında olan, heç bir xəstəlikdən əziyyət çəkməyən atamın ölümündə günahkar olan şəxslərin cəzalandırılmasını tələb edirəm. Bununla bağlı artıq Səbail rayon prokuroru Natiq Əsədova rəsmi müraciət etmişik''-deyə S.Vəliyev şikayət məktubunda vurğulayır./criminal/
491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10