Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

Komada olan insanla danışıblar

Kanadalı neyrobioloqlar komada olan insanla ünsiyyət qura biliblər.

Rusiya mətbuatının xəbərinə görə, Ontario İnstitutunun alimləri 12 il bundan əvvəl koma vəziyyətinə düşmüş 29 yaşlı Skott Rautlinin beynini ən kiçik impulsları belə təyin edə biləcək yeni skanerlərlə müayinə ediblər. Bu zaman xəstəyə ən adi, “tennis oynaya bilirsən?”, “hə - yox” cavabı alına biləcək elementar suallar verilib. Nəticədə onun “hə” və ya “yox” cavabı verməsindən asılı olaraq, impulsların da müxtəlif olduğu üzə çıxıb.

Bununla da xəstənin əqli fəaliyyətinin aktiv olduğu sübut edilib. Beləliklə, alimlər bundan sonra veqetativ vəziyyətdə olan insanla əlaqə qurmaq imkanı əldə ediblər.
580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP