Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

Doğuş zamanı ən çox ölüm hadisəsi Cəlilabadda qeydə alındı

Ötən il Cəlilabad rayonunda doğuş zamanı ölkə üzrə ən çox ölüm hadisəsi qeydə alınıb. Buna görə rayon sakinləri xətəxananın baş həkim İlham Əliyevi və doğum şöbəsinin rəisi Dilbər həkimi suçlu biliblər. Sakinlər bildirib ki, onların ailələrini son anda aldadaraq məcburi qeysəriyyə əməliyyatı edirlər.

Bu qanunsuz və insanlığa zidd əməlin səbəbi xəstələrdən pul almaqdır. Sakinlər bildirir ki, keçən ay da həmin xəstəxanada yenə də doğuş zamanı bir qadın dünyasını dəyişib. Məhz belə özbaşnalığa və bisavadlığa görə artıq rayon əhalisi tibbi yardım üçün başqa rayonların həkimlərinə müraciət edirlər.

Əgər xatırlayırsınızsa, ötən ilin oktyabr ayının 1 – də rayonun Alar kənd sakini, 1995-ciil təvəllüdlü Xoşbəxt Fikrət qızı Həsənova axşam saatlarında Cəlilabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə yerləşdirilərək, üzərində qeysəriyyə əməliyyatı aparılmışdı. Sonra isə gənc ana dünyasını dəyişmişdi./moderator/
477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP