Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

Odessada gərginlik - mitinqçilər şəhər meriyasını ələ keçirdi

Ukraynada Odessa şəhər sovetinin fəaliyyətinə etiraz edən nümayişçilər fəallaşıb.

112.ua saytı xəbər verir ki, etirazçılar şəhər sovetinin binasını ələ keçiriblər:

"Hazırda şəhər sovetin' girişlərin hamısı bağlanıb. Əsas girişə isə zibil yeşikləri və şinlər yığılıb. Fəalların sözlərinə görə, bu gün səhər 04:30-da onlara hücum olub: avtobusla hadisə yerinə gələn şəxslər mitinq iştirakçılarını döyməyə başlayıblar. Hücum edənlərdən bir neçəsini tutmağa nail olmuşuq. Buna cavab olaraq fəallar binaya girişi qapadıblar".

Qeyd edək ki, Odessa şəhərinin meri Gennadi Truxanovun istefasını tələb edən etirazçılar şura önündə müddətsiz aksiya keçirirlər. Truxanovun adı ofşor qalmaqalında hallanır.


449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<