Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

"Əl-Qaidə" üzr istədi

"Əl-Qaidə" terror təşkilatı tarixində bir ilk yaşanıb.

Təşkilat Yəmən paytaxtı Sənada dekabrın 5-də gerçəkləşdirdiyi partlayışa görə üzr istəyib. Terror qruplaşmasının liderlərindən biri Qasım əl Rimi yayımladığı video görüntüdə hərbi hospitalda yaşananlardan məyus olduqlarını açıqlayıb.

O bildirib ki, əslində məqsədləri yaralı və xəstə şəxsləri hədəf almaq olmayıb. Rimi hədəfin səhv seçildiyini etiraf edərək islam dinində bu tip əməllərin bəraətinin olmadığını qeyd edib. Partlayışdan duyduqları dərin üzüntünü dilə gətirən Əl-Qaidə lideri ölən və yaralıların ailələrinə maddi təzminat ödənilməsi üçün hərəkətə keçdiklərini bildirib.

Xatırladaq ki, partlayış zamanı hospitalda olan 52 həkim və yaralı həyatını itirib. Daha 167 insan isə yaralanıb. Terror təşkilatından bildirilib ki, onlarda qospitalda Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz təyyarələrin komanda mərkəzinin yerləşməsi barədə məlumat olduğuna görə bu addım atılıb.
1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı