Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

Poroşenko Odessaya qoşun yeritmək əmri verib - Saakaşvili

Ukrayna prezidenti Pyotr Poroşenko polis və milli qvardiya rəhbərliyinə Odessaya 1000 nəfər əlavə qüvvə göndərmək əmri verib.

Bu barədə Mixail Saakaşvili “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, bu şəhərdə qayda-qanun yaratmaq üçündür. Şəhərə qoşun yeritməyi Saakaşvili özü Poroşenkodan xahiş edib.

Odessada yerli hakimiyyət uğrunda dava davam edir. Dünən bir qrup etirazçı meriya binasını mühasirəyə almışdı. Gecə vaxtı isə binaya hücum olub. Aksiya işirakçıları şəhər başçısı Gennadi Truxanovun istefasını tələb ediblər.

11 apreldə Saakaşvili Truxanova qarşı cinayət işinin qaldırılmasını tələb etmişdi. O, meri separatçı adlandırmışdı.
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP