Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

İŞİD-in Əfqanıstan qolu Orta Asiya və Rusiyaya hücuma hazırlanır

Rusiya prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi və Rusiya Xarici İşlər Nazirliyinin Asiya məsələləri üzrə ikinci departamentinin direktoru Zamir Kabulov mətbuat konfransında deyib: “Əfqanıstanda İŞİD yaraqlılarının sayı artmaqdadır. Bu məsələ Rusiya və Orta Asiya üçün ciddi təhlükədir”.
“Əfqanıstanda 10 mindən çox İŞİD-çi vardır. Halbuki, bir il öncə onların sayı yüz nəfərdən çox deyildi. Lakin indi onlar nəzərə çarpacaq həddə artır və güclənir”-deyə, Z. Kabulov artırıb.
Onun sözlərinə görə İŞİD-in Əfqanıstan qolu Orta Asiya üçün hazırlanır və onların arasında işlək dil rus dilidir. Onlara Rusiya və Orta Asiyada fəaliyyət göstərmək üçün təlimlər keçirilir.
690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP