Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

Səudiyyə şahzadəsinin İsrail generalı ilə aşkar görüşü

İsrailin Vala saytı (walla.co.il) məlumat verib ki, Səudiyyə Ərəbistanının xarici kəşfiyyat idarəsinin sabiq rəisi Türki Feysəl sionist rejim olan İsrailin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Yaqub Amidrorla gələn ay Vaşinqtonda görüşəcək.
Nur-az.com-un əl-Aləmə istinadlı məlumatına əsasən, bu açıq görüş Vaşinqton Yaxın Şərq Araşdırmaları Mərkəzi (WINEP) tərəfindən 2016-cı il, may ayının 5-də “Yaxın Şərqdə sülh və təhlükəsizlik” adı altında keçiriləcək.
A24 xəbər saytı bu məsələyə işarə edərək yazıb: İsrail və Səudiyyə Ərəbistanı tərəflərinin qeyri-adi görüşü haqqında söz o zaman yayılır ki, indiyə qədər iki tərəfin gizli şəkildə əməkdaşlığı və münasibətləri möhkəmləndirmələri barədə bir çox məlumatlar yayılmışdı.
Türki Feysəl 24 il boyunca Səudiyyə Ərəbistanının təhlükəsizlik təşkilatının rəisi olub. O, “ərəb sülhü” (Ərəb ölkələrinin İsraillə əlaqəsinin adiləşməsi üçün atılan addım) layihəsinin müəlliflərindən biridir. Türki Feysəl bir müddət Səudiyyə Ərəbistanının Amerika və İngiltərədə səfiri olmuşdur. Lakin indi heç bir rəsmi vəzifəsi yoxdur.
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber