Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə

Şagirdlər mağazadan alaraq yedikləri keksdən zəhərləniblər.
Azərbaycanda məktəblilər arasında kütləvi zəhərlənmə olub. Hadisə Siyəzən rayonunda baş verib.

Gündüz saat 12 radələrində Siyəzən rayonunun Zarat kənd orta məktəbində 6 nəfər məktəbli qəbul etdiyi şirniyyatdan zəhərlənib və zəhərlənmə diaqnozu ilə regional müalicə və diaqnostika mərkəzinə çatdırılıb.

İlkin müayinə zamanı məlum olub ki, məktəblilər kənd mağazasından aldıqları keksdən zəhərləniblər.


Mərkəzin həkim pediatrı Kəmalə Cavadovanın sözlərinə görə, şagirdlərin mədə-bağırsağı yuyulub, ilkin yardımlar olunub. “Bütün tədbirlər görülür, bəziləri evə yazılırlar”.

Hüquq-mühafizə orqanları da hadisənin başvermə səbəbini, şirniyyatın gətirilmə mənbəyini və keyfiyyətini araşdırmağa başlayıb./ans/
477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43