Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

İŞİD ifşa olundu – “sirr qutusu” tapıldı

İraq ordusunun Anbar vilayətinin mərkəzi Ramadi şəhərinin ətrafında İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyat zamanı evlərdən birində kompüter tapılıb.

“Reuters” agentliyi xəbər verir ki, kompüterdə İŞİD-in tərəfdarları haqqında şəxsi məlumatlar və terror təşkilatının regionda törətdiyi cinayətlər barədə informasiyalar aşkarlanıb.

İraq ordusunun zabitlərindən biri bildirib ki, tapılmış kompüterin yaddaşında İŞİD döyüşçülərinin, həmçinin xarici muzdluların adları və ləqəbləri var. Bundan başqa, kompüterin yaddaşında İŞİD tərəfindən çıxarılan ölüm hökmləri və onların bilavasitə icraçılarının adları da olub.

Xatırladaq ki, Britaniyanın “Sky News” telekanalı martın əvvəlində İŞİD-in on minlərlə döyüşçüsü və onların qohumları haqqında məlumatları, o cümlədən ünvanları və telefon nömrələri özündə saxlayan minlərlə faylı əldə edib. Fayllarda 22 min məlumat toplanıb.

Məlumata görə, ən azı 51 ölkənin vətəndaşlarından söhbət gedir. Siyahıda olanlardan bir hissəsi öldürülüb, bir hissəsinin isə adı müəyyən edilib.

Britaniya kanalı faylların olduğu yaddaş kartını İŞİD-in “daxili təhlükəsizlik xidməti”ndə işləyən Abu Hamed adlı şəxs vasitəsilə əldə edib. Onun sözlərinə görə, o, məxfi məlumatların müdafiəsi sahəsində işləyib və müəyyən vaxtdan sonra İŞİD-də gördüklərindən məyus olaraq ondan ayrılmaq qərarına gəlib./publika/
475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı