Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

Alt paltarını Obamaya tullayan şəxs yaxalandı

ABŞ-da Ağ Evin həyətinə şəxsi geyim əşyalarını tullayan şəxs yaxalanıb.

Dünən səhər saatlarında Barak Obama Ağ Evdə olarkən namaəlum şəxs iqamətgahın həyətinə müxtəlif əşyalar tullayıb. Mühafizəçilər dərhal axtarışa başlayıblar. Məlum olub ki, həyətə atılan əşyalar, müxtəlif geyimlər, o cümlədən alt paltarından ibarətdir.

Xüsusi Xidmət orqanları Ağ Evin qarşısındakı Lafayette parkını boşaldıb və dəmir barmaqlılıqlar arasında həyətə paltar tullayan şəxs saxlanılaraq Vaşinqton polisinə təslim edilib.

Qeyd olunur ki, saxlanılan şəxs Obamanın əleyhdarlarından biri olub və etirazını fərqli formada ifadə etməyə çalışıb.
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber