Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

Ermənilər bu gecə 100-dən çox ev və məktəb dağıtdı

Bu gecə də Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində dinc sakinlərin fərdi yaşayış evlərini artilleriya atəşinə tutub.

Hadisə nəticəsində xeyli evə ciddi ziyan dəyib.

Artilleriya mərmilərindən biri Tərtərin Qapanlı kənd sakini Elbrus Tanrıverdiyevin evinə düşüb. Nəticədə ev tamamilə dağılıb, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Erməni silahlı bölmələri Tərtərin Qarağacı kəndini də atəşə tutub. Burada Rəsi Qasımovun evi mərmi düşməsi nəticəsində dağılıb.

Ümumilikdə isə Tərtər rayonunda 50 ev, 2 məktəb, 2 bağça, 1 yarım stansiyanın dağıldığı bildirilir.

Ağdam rayonunda da 50 ev dağılıb. Rayon icra başçısı Raqub Məmmədovun Trend-ə verdiyi məlumata görə, erməni hərbi birləşmələrinin rayon ərazisini ağır artilleriya atəşinə tutması nəticəsində Çəmənli kəndində 3 ev ciddi zədələnib, 1 ev tam dağılıb, 1 avtomobil yararsız vəziyyətə düşüb, 1 at və bir inək ölüb. Qaradağlı kəndində 27 ev ciddi zədələnib, 5 ev tam dağılıb, Zənguşalı kəndində 8 ev zədələnib, 1 ev yanıb, 2 ev və 1 mağaza tam dağılıb. Ağır artilleriya atəşi nəticəsində Zənguşalı kəndindəki "Qara İnək" fermer təsərrüfatında 11 inək ölüb, 19 inək xəsarət alıb./ans/
496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber