Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

Oğuzda avtomobil ağaca çırpılıb, üç nəfər ölüb

Oğuzda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Aprelin 27-də saat 21.00 radələrində Qaraməryəm-İsamayıllı-Şəki magistiral avtomobil yolunun 125-ci kilometrliyində, Oğuz rayon ərazisindən keçən hissəsində Laçın rayonunda anadan olan, hazırda Oğuz rayonu Malax kəndində məskunlaşan məcburi köçkün, 1973-cü il təvəllüdlü Rövşən Kamal oğlu Abbasov idarə etdiyi “VAZ 210154” markalı 90 NC 945 dövlət nömrə nişanlı avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü R. Abbasov və sərnişinlərdən biri - Oğuz şəhər sakini, 1964-cü il təvəllüdlü Məhyəddin Kərimov aldıqları xəsarətdən hadisə yerində ölüblər. Digər sərnişin, Şuşa şəhərində anadan olan, Bərdə rayonu Kələntərli kəndində məskunlaşan məcburi köçkün, 1988-ci il təvəllüdlü Elşən Əhliyət oğlu Allahverdiyev isə ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır./apa/
510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...