Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

Tağı Əhmədovun susqunluğunun sirri bilindi

Eldar Mahmudov çetesinin başçılarından olan Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan təhdid yolu ilə 3 milyon manat alması haqda iddialar mətbuat səhifələrindən düşmür. Tağı Əhmədov bu mövzu ətrafında susqunluq nümayiş etdirməklə, jurnalistlərin suallarını dinləyib telefonunu qapatmaqla barəsindəki iddia ətrafında müzakirələri gücləndirmiş olur.
Bununla yanaşı, hər ötən gün iddiaya yeni çalarlar qatılır. Artıq iddianın gercək kimi qəbul edilməsi üçün də kifayət qədər əsaslar yaranıb. Azı ona görə ki, oxucu Tağı Əhmədovun susqunluğunu razılıq əlaməti kimi qəbul etməyə başlayıb. Yəni Tağı Əhmədovun Akif Çovdarovun təhdidləri qarşısında geri çəkildiyi və onu 3 milyon manat xərac verdiyi gerçəklik kimi qəbul edilir.
Bu durum həm də Tağı Əhmədovun hansı səbəbdən Akif Çovdarovun təhdidindən çəkindiyi, niyə bu barədə “yuxarılar”a məlumat vermədiyi sualını doğur. Belə ehtimallar var ki, Akif Çovdarovda Tağı Əhmədovun “yeraltı dünya”sındakı qaranlıqların üzərinə işıq salacaq çox ciddi kompromatlar olub. Həmin kompromat məlumatların ortalığa çıxmasını isə Bakı Metropoliteninin keçmiş rəisi heç istəməyib. Odur ki, Akif Çovdarovu 3 milyon manat varlı edib.
“Azadlıq” qəzeti bu mövzu ilə bağlı yazır ki, Tağı Əhmədovla prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov dost olub. Ən azı onun vasitəsilə vəziyyətdən çıxa, Akif Çovdarovun kompromatlarını bir kənara tullamağa bəs edəcək göstərişin verilməsinə nail ola bilərdi. Bəs Tağı Əhmədov niyə dostuna müraciət etməkdənsə 3 milyonu ödəmək qərarı verib?
Qəzet bu xüsusda yazır ki, Əli Əsədov keçmiş MTN şefi Eldar Mahumdovun yaxın qohumudur. Hətta bəzi iddialara görə, Eldar Mahmudovun nazir təyin olunmasında Əli Əsədovun da mühüm rolu olub. Bu halda sual olunur: Nədən Əli Əsədov və Mais Mehdiyev Tağı Əhmədova yardım etməyib? Axı Əli Əsədovun Eldar Mahmudova bir xahişi bəs edərdi ki, Akif Çovdarov Tağı Əhmədovdan əl çəksin.
Bəzi iddialara görə, MTN-də Bakı Metropolitenində böyük yeyintilər barədə ciddi faktlar olub. Mümkündür ki, Tağı Əhmədov da bu faktlarla şantaj edilib. Bu halda Bakı Metropoliteninin keçmiş rəisinin “yuxarılar”a şikayət etməsi onun həbsi ilə də nəticələnə bilərdi. Ona görə də Tağı Əhmədov ona kəsilən “xərac”ı ödəməklə canını qurtarmağa çalışıb”.
Bundan başqa, bu mövzuda elektron mediada yer alan yazıların şərh bölümlərində Tağı Əhmədovun 3 milyon manatı haradan alması da geniş müzakirə mövzusudur. Hazırda YAP-ın Yasamal şöbəsinin sədri olan Tağı Əhmədovun susqunluğunun məhz bu suala aydınlıq gətirmək istəməməsindən qaynaqlandığı iddia edilir.

“3 milyon Tağı Əhmədov üçün ”tum pulu”dur”

İqtisadçı Rövşən Ağayev özünün feysbuk səhifəsində bu mövzuya maraqlı münasibət bildirib.
İqtisadçı yazıb: “Metopolitenin keçmiş rəisi Tağı Əhmədovun keçmiş MTN-çilərə 3 milyon manat rüşvət verməsinə deyəsən təccüblənənlər də var. Ki, bəs bu qədər pulu kişi ”dəmir relslər”dən necə çıxarırmış. Əgər istənilən dövlət müəssisəsinin (şirkətinin) əlində yüz milyonluq dövriyyəsi varsa, 3 milyon həmin müəssisənin rəhbərinin “tum pulu”dur. 2007-2013-cü illər Əhmədovun ən böyük pul dövriyyəsinə sərəncam verdiyi illərdi. Həmin dövrdə dövlət büdcəsindən metro tikintisinə 1 milyard 250 milyon manat, subsidiya kimi təxminən 100 milyon manat ayrılıb – bu, orta hesabla ilə 192 milyon manat deməkdir. Amma iş bununla bitmir – metronun özünün də illik gəlirləri var. Hələ Tağı müəllimin dövründə – metroda gediş haqlarının artmadığı vaxtlarda məlumatlı şəxslərdən aldığımız məlumat əsasında belə bir təqribi qiymətləndirmə aparmışdıq ki, metropolitenin gediş haqlarından, ticarət obyektlərindən topladığı haqlardan və reklam haqlarından gəlirləri 60-70 milyon manatdan az deyil. Yəni Tağı müəllim 7 il ərzində ən azı 250-260 milyon manata sərəncam verən səlahiyyətli şəxs olub. Dövlət vəsaitləri üzərində effektiv ictimai və rəsmi nəzarət mexanizmlərinin olmadığı şəraitdə 250 milyondan nə qədər qazanmağın mümkünlyünü təsəvvür etmək belə çətin…”/musavat/
498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi