Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

PKK tərəfdarları ilə polis arasında toqquşma olub

Oktyabrın 8-i gecə Türkiyənin Şırnak vilayətində etirazçılarla polis arasında toqquşma baş verib. Vilayətin Cizrə rayonunda üzləri maskalı bir qrup şəxs PKK lideri Abdullah Öcalanın Suriyadan çıxarılmasının 15-ci ildönümü münasibətilə icazəsiz aksiya keçirməyə cəhd edib.
Polis dağılmaq istəməyən qrupa qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Ara küçələrə çıxan nümayişçilər yollarda barrikadalar quraraq, nəqliyyatın hərəkətinə mane olublar. Nümayişçilər əraziyə cəlb edilən zirehli texnikaya və toplu-müdaxilə maşınlarına səs bombası, fişəng və molotof kokteylləri atıblar. Bu zaman polis havaya atəş açaraq, nümayişçiləri dağıtmaq istəyib. Gərginlik səhər saatlarına kimi davam edib./Bizimyol
2954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
Go to TOP