Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2016

Qətər etiraf etdi: Suriya böhranında Qətər və Ərəbistan əsas oyunçudur

Bir neçə gün öncə Qətərin sabiq xarici işlər naziri Həmd bin Casim bin Cəbr Ali Sani İngiltərənin “Financial Times” nəşriyyəsinə müsahibəsində Suriya böhranının yaranması, davam etməsi və mürəkkəbləşməsində ölkəsinin və Səudiyyə Ərəbistanın rolu ilə bağlı çox mühüm məlumatlar verib. Müsahibədə bu günə qədər qaranlıq qalmış bəzi çox mühüm nöqtələr açıqlansa da dünya və ərəb mətbuatı bu barədə susmağa üstünlük verib. Təkcə Trad Əl-Omari adlı jurnalistin müsahibə ilə bağlı məqaləsi Anha informasiya şəbəkəsində yayılıb. Əl-Omari Qətər, Ərəbistan, Amerika rəsmilərini müsahibədəki faktlara münasibət bildirməyə çağırıb.
Sabiq xarici işlər naziri müsahibədə vurğulayıb: “Suriyada inqilab yox, beynəlxalq bir oyun baş verib”.
O həmçinin Ərəbistan və Qətərin bu oyuna başlamaq üçün Amerikanın yaşıl işıq yandırmasını da qeyd edərək artırıb: “Sənə dediyim sözləri indiyə kimi heç kəsə deməmişəm! Biz Suriyada işə başlayanda əmin idik ki, qısa müddətdə ölkəyə nəzarəti ələ alacağıq. O zaman Ərəbistanın Suriya ilə bağlı planı yox idi. Çox keçmədi ki, Ərəbistan meydanda daxil oldu və Qətəri ikinci plana keçirmək istədi. Beləcə Qətərlə Ərəbistan arasında dartışma başladı”.
Bu önəmli etiraf mövzunu tamamilə dəyişmişdir, Ərəbistanın, digər ərəb və qərb ölkələrinin aşağıda təqdim edilən iddialarını boşa çıxarır:
1. Suriyada baş verən hadisələr xalq inqilabıdır.
2. Bəşər Əsəd öz xalqını qırğına vermiş və onları köçkün salmışdır.
3. Suriya xalqı ilə həmdərdlik və onların dostu olması.
4. İran, Suriya məsələsinə müdaxilə edir və sabitsizliyin əsas amilidir.
5. Etirazçıların, Riyaz və müzakirə edən ali heyətin siyahısının həqiqəti.
6. Müzakirə edən ali heyətin Cenevrə müzakirəsində qeyd olunan siyasi yollarla həll etmək istəməsi.
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi