Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2016

Tale Bağırzadəni vəkili ilə görüşməyə qoymayıblar

«Müsəlman Birliyi Hərəkatı» təşkilatının rəhbəri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadənin vəkili Elçin Sadıqovla görüşünə imkan verilməyib. Bu barədə Elçin Sadıqov özü məlumat yayıb.

Aprelin 28-də Tale Bağırzadə ilə görüşmək üçün Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına gedən müdafiəçiyə bildirilib ki, prokurorluq müvafiq məktubu təcridxanaya göndərməyib. Vəkil hesab edir ki, bu qadağa qanunsuzdur və ilahiyyatçının müdafiə hüququnun kobud şəkildə pozulmasıdır: «Mən Tale Bağırova istintaq tərəfindən təqdim edilmişəm, onunla dəfələrlə görüşmüşəm. Qanunvericilikdə vəkilin müdafiə etdiyi şəxslə görüşməsindən ötrü prokurorluğun razılıq məktubu tələb edilmir. Belə bir məktubun istintaq təcridxanası tərəfindən tələb edilməsi və məktubun olmamasına görə görüşə icazə verilməməsi tamamilə qanunsuzdur. Bu hal müdafiə hüququnu kobud şəkildə pozur».

Elçin Sadıqov qeyd edib ki, ümumiyyətlə, vəkilin müdafiə etdiyi şəxslə görüşməsindən ötrü istintaq orqanının razılıq məktubunun tələb olunması qanunsuzdur. Penitensiar Xidmətin rəis əvəzi Hüseyn Əlixanova müraciət edən vəkil bu praktikaya son qoyulmasını xahiş edir./azadlıq/
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55