Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2016

Səhər yeməyindən imtina edənlər mütləq oxusun!

Bütün dünya diyetoloqları təsdiq edir ki, səhər yeməyi mütləq lazımdır.
Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insanlarda ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, piylənmənin inkişafı riski xeyli artmış olur.
Ekspermentlər göstərib ki, səhər yeməyindən imtina edən insan gün ərzində daha çox qida qəbul edir və bu da artıq çəki və piylənmə kimi pozulmaların inkişafına təkan verir.
Səhər yeməyi yeməyən insanların əksəriyyətində insulinin ifrazı pozulur. Bu isə şəkərli diabetin riskini artırır.
Həmçinin səhər yeməyindən daim imtina edən insanların qanında xolestirinin səviyyəsi də artmış olur ki, bu da ateroskleroz xəstəliyinin riskini artırır.
Beləliklə, səhər yeməyi çox vacib qida qəbuludur. Mütəxəssislərin fikirinə görə, səhər yeməyi tamdəyərli olmalıdır. Səhər yeməyi üçün yumurta, sıyıqlar (xüsusilə yulaf yarması sıyığı), süd məhsulları ən yaxşı seçim sayılır./Saglamolun/
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP