Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2016

Ərəbistan İranın şərtlərini yerinə yetirməlidir

Ərəbistan İranın şərtlərini yerinə yetirməsə, İran təməttö həccinə zəvvar göndərməyəcək.
Bu sözləri İranın mədəniyyət və irşad naziri Əli Cənnəti deyib. Vəhy ölkəsinə zəvvar göndərmək proqramının ləğv edilmədiyini vurğulayan nazir bunu da bildirib ki: “İran İslam Respublikası Ərəbistanın təyin etdiyi şərtləri qəbul etmir”.
O əlavə edib: “Ərəbistan rəsmiləri iranlı zəvvarların ezam edilməsi zəminəsində lazım olan əməkdaşlığı yerinə yetirməlidirlər”.
Mədəniyyət və irşad naziri müzakirələrin davam etdiyini də xəbər verərək deyib: “Zəvvarların təhlükəsizliyinin təmin edilməsi, onlara hörmətlə yanaşılması və digər məsələlər barədə şərtlərimizi Ərəbistan tərəfə çatdırmışıq. Bu şərtlərə əməl olunmayacağı surətdə bu ilə həccə zəvvar göndərilməyəcək”.
482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42