Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2016

Gəncə icra başçısı hicablı tələbələrə zülm edir - Nazir özbaşnalığı

Əziyyətlə universitetə qəbul oldum.İndi hicaba görə təqdimat yazırlar. Nəyə görə? Mənim haqqım yoxdur oxumağa?

Bu sözləri Gəncə Dövlət universitetinin tələbəsi olan Sevinc Əsgərova öz sosial hesabında qeyd edib. İllərdir əziyyət çəkən Sevinc xanım, indi hicabına görə universitetdən qovulacağı ilə hədələnir.

Gəncə Dövlət universitetində məhz hicabına görə xanımlar universitetə buraxılmır. Səbəbin soruşan hər kəsə də bu əmrin icradan Elmar Vəliyev tərəfindən verildiyi bildirilir. Universitetin Dekanı Urfan Həsənov da öz növbəsində hicablı xanımlara bildirib ki, əgər hicablarından imtina etməslər oxuya bilməyəcəklər. Bir sözlə tələbələr təhsil və hicab seçimləri arasında qalıblar.
Xatırladaq ki, hicabla bağlı zaman-zaman ölkədə problemlər yaşanır. Halbuki qanunvericilikdə hicabı qadağan edən heç bir maddə yoxdur, əksinə vicdan və etiqad azadlığını bəyan edən maddə var. Məsələni diqqətdə saxlayacağıq./Xeberman/



 
Gəncə icra başçısı hicablı tələbələrə zülm edir - Nazir özbaşnalığı

3795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41