Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2016

Xəstəxanada intihar: qadın özünü binadan atdı

Sumqayıtda intihar hadisəsi baş verib. Bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib. Məlumata görə həmin şəxs elə yerindəcə keçinib. 1950-ci il təvəllüdlü Səmayə adlı xanımın şəkər xəstəsi olduğu deyilir.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin məsul əməkdaşı Xalidə Quliyeva hadisənin təfərrüatları barədə bunları bildirib: "İntihar edən xəstə 1950-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Səfərova Səyyarə Əmrah qızıdır. Xəstə şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Həmçinin ağciyər və böyrəklərində problemlər var idi. Xəstənin vəziyyəti aprelin 19-da pisləşib və dərhal o 2 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 20-də isə vəziyyəti yaxşılaşmağa doğru gedib və xəstə palataya yerləşdirilib. Bu gün səhər saatlarında tibb bacısı yeməkdən öncə insulin iynəsi vurmaq üçün otağa daxil olub, xəstə xahiş edib ki, bir azdan gələrsiniz, indi əynimi geyinməliyəm. Tibb bacısı bir müddət sonra qayıdanda palatada onun olmadığını görüb. Məlum olub ki, həmin şəxs özünü binadan aşağı atıb. "

X. Quliyeva xəstənin psixoloji durumunun qaydasında olduğunu vurğulayıb, amma ailəsi ilə müəyyən problemlərin olduğunu da qeyd edib: "Xəstənin 4 övladı var. Məlumata görə ona ancaq qızı baş çəkirmiş. Digər övladları isə analarının xəstəliyinə biganə yanaşırmış."

Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hadisənin intihar və ya ehtiyyatsızlıq üzündən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq./Xeberle/
446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber