Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Polis İdarəsindən şok etiraf: “Müstəntiqi tapa bilmirik”

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dekabrın 20-də baş verən kütləvi davada Oktay və Taleh Əsgərov qardaşlarına hücum edərək onları döyən şəxslər hələ saxlanmayıb.

Xatırladaq ki, Oktaya hücum edən 10-a yaxın şəxs daha sonra onun qardaşı Taleh Əsgərova da xəsarət yetirib, ikincinin çalışdığı mağazanı da dağıdıblar. Nəticədə Taleh bıçaq xəsarəti, Oktay isə kəllə-beyin travması ilə Musa Nağıyev adına Xəstəxanaya yerləşdirilib.

Lakin hadisədən 4 gün keçməsinə baxmayaraq, iki qardaşa xəsarət yetirən şəxslərlə bağlı heç bir tədbir görülməyib.

Qaradağ rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, işə 38-ci polis bölməsində baxılır. Lakin adıçəkilən polis şöbəsində kütləvi davaya səbəb olan şəxslərin saxlanması və ya istintaqa cəlb edilməsi barədə sual cavablandırılmayıb. Polis şöbəsindən bildirilib ki, bu sualı cavablandırmaq üçün səlahiyyətli şəxslər bölmədə yox, iş başındadır: “Ona görə də hər hansı məlumat ver bilmirik”.

İşi aparan Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Şövqi Əsgərovla əlaqə yaratmaq cəhdi də 2 gün ərzində baş tutmayıb. Polis İdarəsinin növbətçi hissəsindən də müstəntiqlə əlaqə yarada bilmədikləri vurğulanıb:

“Şövqi Əsgərovu heç biz də tapa bilmirik. Bizdə olan məlumata görə bu gün şəhər prokurorluğuna gedib. Orada isə telefondan istifadəyə icazə verilmir”.
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...