Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Gəncəni ayağa qaldıran əli qumbaralı şəxs tutuldu (Foto)

Əlində qumbara ilə Gəncənin hüquq-mühafizə orqanlarını ayağa qaldıran şəxsin kimliyi müəyyənləşib. Bəlli olub ki, “Zabitlər evi” səmtindəki binanın 3-cü mərtəbəsində bir qadını girov saxlayaraq binanı partladacağı ilə hədəlyən kişinin adı Əflatundur. O, artıq zərərsizləşdirilib. 
Gəncədəki mənbələrdən azadlıq.info-ya deyiblər ki, şəhər prokuroru Adil Vəliyev və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Rasim Qurbanov həmin şəxslə təslim olması danışıqlar aparmaq istəyib. Lakin danışıqlar nəticəsiz olub. Bundan sonra Əflatnun yaxın dostu deyilən bir nəfər gəlib və onu təslim olmağa inandıra bilib. Bundan sonra polis Əflatunu və girov saxladığı qadını aparıb. 
Deyilənlərə görə, hadisəyə səbəb Əflatunla həmin qadın arasında məişət zəmnində yaranan mübahisə səbəb olub. Qadın Əflatunun qonşusudur. Qadının yüngül həyat tərzi ilə fərqləndiyi, Əflatunun da ondan bu xüsusda istəklərinin olduğu, istəyinə müsbət cavab almayınca belə bir əmələ əl atdığı  deyilir.

***

13:10

Gəncədəki gərginliklə bağlı yeni məlumat almışıq. Yerli mənbələrdən aldığımız xəbərə görə, əlində qumbara olan şəxs polisləri hansısa qapalı məkanda girov saxlamayıb. Sadəcə əlindəki qumbara ilə hədələyərək polsilərin hərəkət etməsinə imkan verməyib. Lakin bir qədər sonra həmin şəxsi polisləri hədə altında saxlamağa son qoymasına inandırmaq mümkün olub və polislər onun təhdidi altından uzaqlaşıblar.

“Kəpəz TV” isə məlumat yayıb ki, hadisə Dədə Qorqud küçəsində yaşanır. Bina 50, ev 33-də yerləşən yaşayış binasında bir kişi evdə qadını girov götürüb. Hələlik şəxsiyyəti dəqiqləşdirilən həmin kişi mənzilin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirir.
Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub.
Partlayış törətmək istəyən şəxslə danışıqlar aparılır.

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri görülür. Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, şəhər prokuroru da hadisə yerinə gəlib.

1484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41