Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2016

Moskva ABŞ təyyarələrinin sərhədə «boylanması»nı qadağan etdi!

Rusiya Federasiyasının Müdafiə Nazirliyi ABŞ təyyarələrinin Rusiya sərhədlərinə «boylanması»nı qadağan edib. Bununla da Rusiya hərbçiləri Baltik dənizi üzərində baş vermiş növbəti insidentlə bağlı Pentaqonun bəyanatına reaksiya vermiş olublar.

«Rusiya hərbi aviasiyasının uçuşları hava məkanından istifadə üzrə mövcud normalara uyğun olaraq həyata keçirilir» – deyə, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov qeyd edib. Onun sözləinə görə, normaları ABŞ tərəfi pozur – onun kəşfiyyatçı təyyarələri hər dəfə Rusiya sərhədlərinə yaxınlaşmağa cəhd göstərirlər. Bu zaman təyyarə-kəşfiyyatçılar uçan aparatı eyniləşdirmə siqnalı verən qurğusunu söndürürlər. Bu səbəbdən də Hava hücümundan müdafiə (HHM) qüvvələri vizual olaraq təyyarənin tipini və bort nömrəsini müəyyən etmək üçün havaya qırıcıları qaldırmağa məcbur olur.

General Konaşenkov bəyan edib: «Problemin həllinin iki variantı var – ya amerikalılar ümumiyyətlə, Rusiya səhədləri yaxınlığında uçmamalıdırlar, ya da təyyarələrin transponderlərini işə salmalıdırlar…».

Bununla da Rusiya hər vasitə ilə nümayiş etdirir ki, ABŞ-ın Baltik hövzəsindəki davranışı onun ürəyincə deyil (Exo Moskvı)./azpolitika/
380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19