Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2016

Akif Çovdarovdan 4 milyona torpaq alan məmur səksəkədə

Çingiz Baxşıyev odioz generalın həbsindən sonra torpağı sənədləşdirə bilmir

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun işdən çıxarılaraq həbsə alınması onunla əlaqəli olan bir çox məmurların kürkünə birə salıb. Belə məmurlardan biri də 4 ay əvvələ qədər nəqliyyat nazirinin müşaviri olan Çingiz Baxşıyevdir.
İstiqlal-a daxil olan məlumata görə 1 il əvvəl Ç.Baxşıyev odioz generaldan Bakının Qala qəsəbəsində 4 hektar torpaq alıb. Ç.Baxşıyev aldığı torpağın hər hektarına görə Akif Çovdarova 1 milyon manat ödəyib. Sənədləşmə işi isə sonraya qalıb. Akif Çovdarovun qəfil həbsi isə Ç.Baxşıyevi pis duruma salıb.
Akif Çovdarovla Çingiz Baxşıyevin tanışlığının maraqlı tarixçəsi var. 2 il əvvəl Akif Çovdarovun göstərişi ilə “Azəryolservis” ASC-də bölmə rəisi olan Ç.Baxşıyevin kürəkəni Mübariz həbs olunub. Tutulandan sonra A.Çovdarov Ç.Baxşıyevlə danışıqlara aparıb və Mübariz həbs olunduğu gecə sərbəst buraxılıb. A.Çovdarov o dövrdə nəqliyat nazirinin müşaviri olan Çingiz Baxşıyevin kürəkənini hansı şərtlərlə azad etməsi haqda uzun uzadı araşdırma aparmağa lüzum yoxdur. Fakt odur ki, kürəkəninin 1 neçə saatlıq həbsindən sonra Ç.Baxşıyevlə Akif Çovdarov arasında işgüzar münasibətlər yaranıb. Nəticədə Ç.Baxşıyev qüdrətli generaldan torpaq sahəsi alıb. Hələlik odioz generalla sabiq müşavirin arasındakı alver haqda bilinən yalnız budur.
Hazırda Qaladakı torpaq sahələrində villalar tikilməkdədir və tikilib başa çatanı da var. Ç.Baxşıyev villanın 1-ni 1 milyon manata satışa çıxarsa da, sənədsiz olması səbəbindən müştərisiz qalıb. Ç.Baxşıyev odioz generaldan aldığı torpağı sənədləşdirmək üçün dəridən-qabıqdan çıxır, amma hələlik buna müvəffəq ola bilmir...
493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...