Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

Narkotika dolu kisələr İran ərazisinə necə keçir?

İranda narkotika qaçaqmalçılığının problemləri

İran İslam Respublikasının narkotika qaçaqmalçılığı, ümumiyyətlə narkotik maddələrin daşınması və realizəsi ilə mübarizəsi BMT səviyyəsində yüksək dəyərləndirilir. Bu mübarizədə 35 il müddətində 40 minə yaxın polis əməkdaşı və hərbçinin şəhadətə çatması hakimiyyətin təlaşlarından danışır. Amma...
İran 3-5 nəfərlik qaçaqmalçı qruplar yox, mütəşəkkil cinayətkar dəstələrlə mübarizə aparır. Əfqanıstandan gələn tonlarla narkotik maddə yükünü müasir silahlarla təchiz edilmiş cinayətkarlar maşayiət edir. İran sərhədlərində belə qruplaşmalarla əsil müharibə gedir desək yalan olmaz.
Bu günlərdə İran sərhədçiləri qaçaqmalçıların yeni bir üsulu ilə rastlaşıb. Əfqanıstanın Sistan və Bəluçestanla sərhədlərinin tam qapandığını görən qaçaqmalçılar mancanaq üsuluna keçib. İRNA xəbər verir ki, əfan qaçaqmalçıların mancanaqla atdığı 10 kq-lıq bağlamalar 2 km-ə qədər məsafə qət edir. Yük sərhədçilərin başı üstən, gecə yarı İran ərazisinə atılır. Sərhədçilər gecə həyata keçən bu daşınmanın qarşısını almaq üçün yeni elektron qurğularla təchiz edilib.

Vilayet.info
358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...