Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Müşfiqabadda məscidə gələn gənc vəhhabi tərəfindən vəhşicəsinə döyüldü

Mövsümov Ruslan: “Orada olan vəhhabilər məscidə ibadətə gələn digər məzhəb üzvlərinə qarşı hörmətsizlik edirlər”
Bu gün səhər saatlarında Müşfiqabad qəsəbəsində vəhhabi təriqətinə məxsus idmançı görkəmli şəxs, məscidə namaz qılmaq üçün gələn Mövsümov Ruslan Əliəsgər oğlunu vəhşicəsinə döyüb. Bu barədə FaktXeber.com-a zərərçəkmiş şəxsin özü məlumat verib. Ruslan Mövsümovun sözlərinə görə, hadisə sübh namazından qayıdarkən baş verib: “Sübh namazını qıldıqdan sonra evə gedirdim. Yolda qabağımı kəsən şəxs mənə dedi ki, nəyə görə mənə çiyin atırsan? Bu işin özünün gördüyünü xatırladan da, isə bildirdi ki, gəl keçək qırağa səninlə söhbətim var, dava eləmək istəmirəm. Qırağa çəkiləndən sonra paltarını soyundu və bildirdi ki, mən səninlə dava eləmək istəyirəm. Həm idmançı olması, həm də ki, cüssə baxımından böyük olmasına görə mənə zərbə vuraraq yerə yıxdı və sonra üzərimə düşərək mənə ciddi şəkildə xəsarət yetirdi.”

Ona zərbə yetirən şəxsi üzdən tanıdığını, Müşfiqabadda yerləşən məscidə gələn vəhhabilərlə birgə oturub-durduğunu söyləyən zərərçəkmiş şəxs, “bir neçə dəfə məsciddən çıxanda mənə çiyin vurmuşdu. İndi də gəlib deyir ki, sən mənə çiyin vurmusan. Ümumiyyətlə bundan əvvəl də məsciddə kifayət qədər mübahisələr düşüb“, - deyə bildirdi:

“Orada olan vəhhabilər məscidə ibadətə gələn digər məzhəb üzvlərinin özlərinə və paltarlarına qarşı hörmətsizlik edirlər. Bir neçə dəfə olub ki, paltarlarımızı götürüb başqa yerə tullayanda etirazımı bildirmişəm.”

Olayla bağlı zərərçəkmiş şəxs, Daxili İşlər Nazirliyinə məlumat versə də, hələ ki, hadisə ilə bağlı heç bir qanuni tədbir görülməyib.

Qeyd edək ki, Ruslan Mövsumov hal-hazırda 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
1584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı