Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

Fransada kütləvi iğtişaşlar baş qaldırıb

Fransada 1 may Zəhmətkeşlər Günü münasibəti ilə keçirilən etiraz aksiyaları sonda qarşıdurmalarla nəticələnib. Aksiya iştirakçıları hökumətin təklif etdiyi əmək islahatları qanun layihəsinə qarşı çıxış ediblər.

Gənc qrupun təhlükəsizlik qüvvələrinə pirotexniki vasitələrlə hücum etməsi sonda tərəflər arasında toqquşmaya səbəb olub. Polis gözyaşardıcı qazla aksiyaya müdaxilə edib.
Fransada artıq 2 aydır ki, əmək islahatlarına qarşı etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı qarşıdurmalarda bir neçə polis əməkdaşı ağır yaralanıb.

Hökumətin təklif etdiyi qanun layihəsi sabah parlamentdə müzakirəyə çıxarılacaq.

Qanun layihəsində işçiləri işdən çıxarılmaqdan qoruyan sığorta qanunlarının bəzilərinin ləğv olunması nəzərdə tutulur. Hökumət şirkətləri daha çox işçi qəbul etməyə təhrik etmək üçün belə bir addım atdığını qeyd edir.

Müxalifətçilər isə, qeyd edir ki, belə bir qanun layihəsi qəbul olunarsa, şirkətlər işçilərin əmək haqlarını gecikdirə, istirahət vaxtlarına müdaxilə edə və əlavə iş saatlarına görə əmək haqlarını kəsə bilərlər./ans/
287 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu