Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

İran səfirliyindən erməniləri məyus edən BƏYANAT

İranın Azərbaycandakı səfirliyi Tehranda qondarma erməni soyqırımının 101-ci ildönümü ilə bağlı aksiya keçirilməsi barədə yayılan məlumatları təkzib edib.

İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi bildirib ki, Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan dövləti əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV-lər tərəfindən yayılan xəbərlər yalan və əsassızdır:

“Bəzi KİV-lər tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər günü-gündən artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”.

Daha sonra səfirik rəsmisi mediaya da müraciət edərək, KİV nümayəndələrini dəqiq xəbərlər yaymağa və İran-Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb./publika/
461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı