Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

Polis məntəqəsində baş verən partlayışla bağlı DİN-dən açqlama

Daxili İşlər Nazirliyi Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

Mayın 1-də saat 7.30 radələrində Zaqatala RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət alan R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur./aznyus/
465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber