Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

İŞİD-in həyatı gizli kamera ilə çəkildi

Səid Ramzi təxəllüsündən istifadə edən fransalı jurnalist üç ay ərzində İŞİD-in Fransadakı tərəfdarlarının həyatını çəkib.

Jurnalist “Allahın əsgərləri” sənədli filmi üçün materiallar toplayıb.

“Mənim hədəfim o idi ki, onların beynində nə baş verdiyini anlayım. Əsas dərslərdən biri o oldu ki, onların hərəkətlərində heç vaxt islam əlamətləri müşahidə olunmurdu. Dünyanı yaxşılaşdırmaq arzuları yox idi”, - Ramzi qeyd edib.

Ramzi bildirib ki, cihadçılarla sosial şəbəkə vasitəsilə əlaqəyə girmək çox asan olub. Fransalı jurnalist üç ay müddətində İŞİD-çilərin arasında yaşayıb. Bir dəfə qadın ona təlimatların olduğu məktubu verib. Məktubda gecə klubuna hücumun planı əksini tapıbmış.

Lakin planı həyata keçirmək mümkün olmayıb. Qrup hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məlumata görə, İŞİD bütün Avropa üzrə “ölüm dalğası” üçün 400 döyüşçü hazırlayıb./publika/
713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi