Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

Bakıda keçmiş məhkumu evində öldürdülər

Bakıda qətl törədilib. Hadisə Yasamal rayonu ərazisində, Vasif Əliyev küçəsində baş verib.

Əvvəllər məhkum olunmuş 41 yaşlı Mirzə Hüseynovun meyiti tək yaşadığı evdə aşkarlanıb. Meyiti qonşular tapıblar və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

Qeyd edək ki, 41 yaşlı Mirzə Hüseynov Masallı rayon sakinidir. Qohumlarının Musavat.com-a verdikləri məlumata görə, Mirzə Hüseynovun yaşadığı evdə kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Onun əvvəldən kimlərləsə ədavətinin olduğu ehtimal edilir./musavat/
383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP