Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

Rövnəq Abdullayevin oğlu polisə "qoçuluq" etdi - FOTO

AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Türkiyədə qalmaqala səbəb olub. Komanda Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəşad Abdullayev dünən axşam Türkiyədə - Otaköydə yol polisləri tərəfindən saxlanılıb. İçkili vəziyyətdə olan AFFA prezidentinin oğlu polisə müqavimət göstərib, onun əmrlərinə tabe olmaqdan boyun qaçırıb.

Rəşad Abdullayev polislərdən dərhal onu buraxmalarını tələb edib. Polisin "yox" cavabından özündən çıxan Abdullayev, cüzdanından Kaliforniya, Qətər və Azərbaycan sənədlərini çıxarıb polisə tərəf ataraq "hansını istəyirsən götür, sənin olsun" deyib. Amma bütün bunlar AFFA prezidentinin oğlunun 2 min türk lirəsi cərimələnməsinə və Kaliforniya sənədlərinə iki illik qadağa qoyulmasına mane olmayıb. Yol polislərini xeyli məşğul edən kiçik Abdullayev cangüdənlərini də orda buraxıb, dostlarının gətirdiyi avtomobilə əyləşərək, ordan uzaqlaşıb. 


751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 21:52
ABŞ odla oynayır - İran
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"