Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

İran 6,5 milyardlıq borcunu avro ilə tələb edir

Hindistan İrana 6,5 milyard dollarlıq neft borcunu yaxın günlərdə qaytarmaq niyyətindədir.

Bu barədə informasiyanı “Tayms of İndiya” qəzeti yayıb. Qəzet yekun razılaşmanın bu ilin mayında Hindistan Baş naziri Narendra Mondinin İrana səfəri zamanı əldə ediləcəyini bildirib.

Qeyd edək ki, İran sanksiyalar ləğv edildikdən sonra Hindistana neft ixracını dayandırıb. Buna səbəb Hindistanın İrana öz borclarının 45%-ni rupi ilə ödəməsidir. Sanksiyalar ləğv edilən kimi İran bütün borclarının avro ilə ödənilməsini tələb edib.
530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22