Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2016

İran şahının eşq macəraları

Bir xalqın alın təri hesabına

İslam İnqilabı öncəsi İrandan qaçmış şah Məhəmməd Rza öz eşq macəraları ilə məşhurdur. Üç rəsmi izdivac Misir şahzadəsindən başlayıb Fərəh Pəhləvidə bitsə də çəlimsiz şah həyasız əyyaşlar kimi tək-tənha lüks maşına oturub şəhəri fırlanar, məşuqə axtarardı. Bəli, şahın avtomobilə həvəsi əslində məşuqə axtaraşı üçün vasitə idi. İran tarixində şahla iki il qeyri-qanuni yaşamış Pərvin (Pəri) Qəffari bu barədə xatirələrini də yazıb. Pərvin də şahın şəhərin ortasında avtomobillə ovladığı qadınlardandır. Pərvin bütün məşuqələr kimi həm də kiməsə ərə getmək barədə düşünürdü. Bunun üçün şahdan münasib kim ola bilərdi?! Amma şah iki il əyləncəni kifayət sayaraq Pərvindən ayrılır və onu hədələyərək ayrılır! Təsəvvür etmək çətindir ki, İran kimi bir məmləkətin şahı tək-tənha bahalı avtomobillərindən birinə oturub məşuqəsinin görüşünə gedir. Amma bu əfsanə deyil. Xalqın alın təri hesabına eyş-işrət sürənlərin sonu İran şahının sonudur!

Vilayet.info
542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber