Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2016

İlk kəllə (baş) peyvəndi alınacaqmı?

Hər gün yeni bir xəstəlik, hər gün yeni bir dərman!

İtaliyalı cərrah Sercio Kanavero (Sergio Canavero) qərar verib ki, ilk kəllə (baş) transplantasiyasını həyata keçirsin. Valeri Spiridonov öz üzərində ilk belə əməliyyatın keçirilməsinə razılıq verib. Əməliyyat 36 saat davam edəcək. Əməliyyatın xərci 20 milyon dollardır. Əməliyyatda 150 nəfərlik tibbi personel iştirak edəcək. Əməliyyatda istifadə olunacaq bir nanobıçağın - skalperin qiyməti 200 min dollardır. Həkim xəstənin əməliyyatdan 3-6 ay sonra yeriyəcəyəni vəd edir. (independent)
Sercio Kanavero 1974-cü ildə, 9 yaşı olanda İtalyanın Turin şəhərində Hörümçək adam kitabını aldı (Spider-Man’s, Peter Parker). Həmin kitabda doktor Streng (Strange) Hörmüçək adama həyata keçirdiyi transplantasiyalardan danışır. Və bununla da uşağın fantaziya dünyası genişlənməyə başlayır...
Kanaveronun 51 yaşı var. 3 ildir kəllə peyvəndi üzərində çalışır. O əmindir ki, HEAVEN və Gemini mərhələlərində bu işi görə bilər. 31 yaşlı rus Spiridonov iflicdir.
Doktor Vayt (Robert White) 1970-ci ildə meymunlar üzərində kəllə - baş transplantasiyası aparıb, amma meymun cəmi 9 gün yaşayıb...

Vilayet.info
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber