Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Nardaranda "İmam Zaman (əc)" mədrəsəsinin binası polislərin müşaiyəti ilə sökülür

Nardaranda yerləşən "İmam Zaman (əc)" mədrəsəsinin binası polislərin müşaiyəti ilə sökülür.

Maide.Az Nardaran kənd sakinlərinə istinadən xəbər verir ki, hal-hazırda Nardarandakı Rəhimə xanım pirinin nəzdində yerləşən "İmam Zaman (əc)" mədrəsəsi İcra Hakimiyyəti işçiləri tərəfindən sökülməyə başlanılıb. Söküntüyə birbaşa polis nəzarət edir. Baş vermiş hadisəyə etiraz olaraq, kənd ağsaqqalları Prezident Aparatına tərəf gedirlər.

Mədrəsənin sökülməsinə bəhanə kimi isə səbəb yolun genişləndirilməsi göstərilir. Lakin kənd sakinlərinin bildirdiyinə görə, mədrəsə yolun sonunda yerləşir və heç bir səbəblə görülən işlərə maneəçilik törətmir. Mənbə onuda bildirir ki, bu, açıq-aydın bəhanədir. Çünki mədrəsəyə gələn yol və kənddə təmirə və genişlənməyə ehtiyacı olan yollar qaldığı halda mədrəsənin söküntüsü aparılır.
1029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı