Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Arvadını baltalayan kişi: “Gizlicə telefonla danışırdı...”

Bakının Suraxanı rayonunda baş verən dəhşətli cinayətin bəzi təfərrüatları məlum olub. Hadisə rayonun Hövsan qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 1, mənzil 34 ünvanında baş verib.

Qəsəbədə yaşayan 1966-cı il təvəllüdlü Eldəniz Yusifov evində münaqişə zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ceyhunənin baş və boyun nahiyələrinə balta ilə xəsarət yetirib. Eldəniz Yusifov həyat yoldaşını baltalayandan sonra bıçaqla öz qarın nahiyəsinə də xəsarət yetirib. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, Eldəniz Yusifovun qarın nahiyəsində bir bıçaq xəsarəti aşkar olunub. Onun vəziyyətinin normal olduğu və polis nəzarəti altında saxlanıldığı qeyd olunub. Digər yaralı Ceyhunə Yusifovanın vəziyyətinin ağır olduğu bildirilir. Onun bədinin müxtəlif nahiyələrində həm bıçaq, həm də balta xəsarəti aşkar edilib. Vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Eldəniz Yusifov istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, həyat yoldaşının başqa bir kişi ilə münasibət saxlamasından şübhələnib.

Dindirmə zamanı o, qeyd edib ki, həyat yoldaşı mobil telefonla gizlicə kiminləsə danışıb. “Mən gələndə telefonu söndürürdü. Kiminlə danışdığını soruşanda mənə cavab vermirdi. Onun bu hərəkətləri məni əsəbiləşidirdi”, - deyə şübhəli şəxs qeyd edib. Eldəniz Yusifov bildirib ki, mayın 2-də, saat 16.30 radələrində evə gəlib və həyat yoldaşı ilə eyni mövzuda yenə də mübahisə edib. Mübahisə zamanı Ceyhunə ona kobud cavab verib. Bu zaman əsəblərini cilovlaya bilməyən Eldəniz bıçağa əl atıb. O, əvvəlcə bıçaqla Ceyhunəyə xəsarət yetirib:

“Bu zaman hirsim soyumadı və həyətdə olan balatını götürərək Ceyhunənin başını kəsmək istədim. Balta ilə Ceyhunən boynundan vurdum. Onun öldüyünü düşündüm və özümü də öldürmək istədim. Bu məqsədlə bıçaqla qarın nahiyəmə xəsarət yetirdim”. Eldəniz Yusifov törətdiyi əməldən peşman olduğunu bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Suraxanı Rayon Prokurorluğunda istintaq hərəkətləri davam etdirilir./teleqraf/
428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54