Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Çempionlar Liqasının ilk finalçısı məlum olub

Futbol üzrə Çempionlar Liqasının yarımfinal oyununun ilk cavab qarşılaşması keçirilib.

Almaniyanın "Bavariya" klubu doğma "Allians Arena"da İspaniyanın "Atletiko" (Madrid) kollektivini qəbul edib və Madrid komandası almanları mübarizədən kənarlaşdırıb.
Münhendəki qarşılaşmada tərəflər hərəyə bir penaltidən yararlana bilməyib. Meydan sahiblərindən 34-cü dəqiqədə Tomas Müller, qonaqlardan isə 84-cü dəqiqədə Fernando Torres fərqlənə bilməyib. Görüş isə "Bavariya"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 31-ci dəqiqədə Xabi Alonso açıb. 54-cü dəqiqədə Antuan Qrizmann bərabərliyi təmin etsə də, 74-cü dəqiqədə Robert Levandovski münhenlilərin qələbə topunun müəllifi olub. Məğlubiyyətə baxmayaraq, öz meydanındakı qarşılaşmada 1:0 hesabı ilə qalib gəldiyi və səfərdə qol vurduğu üçün "Atletiko" adını finala yazdırıb.

Çempionlar Liqası. 1/2 final. 2-ci matç

"Bavariya" (Münhen, Almaniya) – "Atletiko M" (Madrid, İspaniya) – 2:1
Qollar: Alonso, 31 (1:0); Qrizmann, 53 (1:1); Levandovski, 74 (2:1).
415 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP