Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

İranın Hərbi Dəniz Qüvvələri bir il ərzində 20 təlim keçirəcək

İranın Hərbi Dəniz Qüvvələri (HHQ) yerli təqvimlə cari il ərzində (20 mart 2017-ci il tarixində başa çatacaq) 20 təlim keçirəcək.
Bu barədə çərşənbə axşamı İran HHQ komandanlığının kont-admiralı Həbibullah Səyyari bildirib.
"İranın Hərbi Dəniz Qüvvələri İran təqvimi ilə cari ildə, raket atışı, sualtı qüvvələr, hərbi-dəniz kəşfiyyatı təlimləri də daxil olmaqla 20 ixtisaslaşdırılmış təlim keçirəcək. İlk təlimlər artıq gələn ay başlayacaq və elektron müharibənin aparılmasında döyüş gəmilərinin heyət məşqlərini özündə əks etdirəcək. "Vilayət-95" kod adlı miqyaslı təlimlərə gəldikdə isə, onlar 2017-ci ilin fevral ayında keçiriləcək", - deyə "Fars" agentliyi kontr-admiralın sözlərini sitat gətirir.
424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 20:21