Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Eldar Mahmudovun maddələri bilindi

Müzəffər Baxış: “Eldar Mahmudovun bundan da ağır və xüsusilə ağır cinayətləri var”
Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda ev dustağı olan Vəli Əsgərov vəkili vasitəsilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ona qanunsuz göstəriş verdiyini açıqlayıb. V.Əsgərovun vəkili Vüqar Xasayev deyib ki, müdafiə etdiyi şəxs Naxçıvanın milli təhlükəsizlik naziri olarkən Eldar Mahmudov ona Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu, onun ailə üzvlərini dinləməyi tapşırıb. Vəkilin sözlərinə görə, həmin dövrdə V.Əsgərov tapşırığı yerinə yetirməkdən imtina edib.

Bu məsələnin ictimailəşməsi geniş müzakirələrə yol açıb. Müzakirələrin ana xətti Vəli Əsgərovun faktiki olaraq media üzərindən Eldar Mahmudovun əleyhinə ifadə verməsi kimi qəbul edilməsindən ibarətdir.

Bu açıqlamanı əsas götürməklə Eldar Mahmudovu istintaqa cəlb edə bilərlərmi?

Tanınmış hüquqşünas, “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, bu açıqlama yoxlanılmalı və hüquqi qiymət verilməlidir: “Vəli Əsgərov sıradan bir şəxs deyil. O, 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Onun havadan danışmadığı bəllidir. Ona həqiqətən belə bir göstəriş verilibsə, bu göstəriş konkret şəxs barəsində qanunsuz informasiya toplanmasına xidmət edib. Eldar Mahmudov CM-in 156-cı maddəsində nəzərdə tutulan, şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanması ilə bağlı Naxçıvanın milli təhlükəsizlik nazirinə göstəriş vermiş olub. Bu göstəriş öz qulluq mövqeyindən sui-istifadə etməklə verilib. Belə halda, Eldar Mahmudov Cinayət Məcəlləsinin 156.2 maddəsi ilə, yəni şəxsi və ailə həyatının sirləri olan məlumatların qanunsuz toplanmasına vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə göstəriş verilməsi kimi qiymətləndirilə bilər. Buna görə 3 ilədək müəyyən vəzifədən azad edilməklə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu fakta görə digər maddələrlə də cinayət işi başlanıla bilər. Məsələn, 308-ci maddə ilə də ittiham oluna bilər. Bu cinayətlər ictimai ittiham qaydasında təqib olunan cinayətlərdir. Belə faktlar barəsində KİV-dən məlumatlar daxil olursa, prokurorluq orqanlarının vəzifə borcudur ki, bu faktları araşdırsınlar və bu cinayətləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etsinlər. Bura Azərbaycandır və belə əməllər siyasi göstəriş olanda öz hüquqi qiymətini ala bilər”.
M.Baxış deyir ki, E.Mahmudovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər əsaslar mövcuddur: “Eldar Mahmudovun tabeliyində olan şəxslər bu gün həbsdədirlər. Bu şəxslər sırasında general rütbəsi daşıyanlar, idarə və şöbələrdə rəis olanlar var. Əgər bu gün 20 MTN-çi Cinayət Məcəlləsinin ən müxtəlif maddələri ilə həbsdədirsə, onlara müxtəlif cinayətləri törətmələri ilə bağlı ittihamlar verilibsə, Eldar Mahmudovun da məsuliyyət məsələsinə hökmən qiymət verilməlidir.

Bu adamlar Eldar Mahmudovun qanunsuz göstərişlərini yerinə yetiriblər. Bu məsələ hökmən araşdırılmalıdır. Bu adamlara qanunsuz göstəriş verən şəxs özü də cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu gün həbsdə olan şəxslər həmin qanunsuz göstərişləri yerinə yetirməsəydilər, onları cinayət məsuliyyətinə cəlb etmək olmazdı. Bu adamlar bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetiriblər və cinayət törətmiş şəxs hesab olunurlar. Təəssüf ki, MTN-də başladılan proseslərdən 6 ay keçməsinə baxmayaraq indiyə qədər Eldar Mahmudovu cinayət məsuliyyətinə cəlb etməyiblər”.

M.Baxış deyir ki, bu gün həbsdə olan MTN-çilərin Eldar Mahmudovun əleyhinə ifadə verməmələri onun məsuliyyətdən kənar qalmasına əsas vermir: “Həqiqət budur ki, KİV-də konkret zərərçəkmişlər tərəfindən Eldar Mahmudovun bir sıra obyektlərin tikintisi ilə bağlı törətdiyi cinayətlər haqda geniş açıqlamalar verilib. Açıq-aydın informasiyalar var. Ola bilər ki, Eldar Mahmudovun ətrafındakı mütəşəkkil cinayətkar qruplaşma üzvləri onun əleyhinə ifadə verməsinlər. KİV-də zərərçəkənlərin açıqlamaları mövcuddur və bu açıqlamalar şəxsən Eldar Mahmudovun özü ilə bağlıdır. Bəs bu faktları niyə araşdırmırlar? Niyə Eldar Mahmudovun cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmirlər?”/musavat/
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı