Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

İlin əvvəlindən dünyada 40 jurnalist öldürülüb

Hazırda münaqişə zonalarında hər ay orta hesabla on jurnalist ölür. 2016-cı ilin əvvəlindən dünyanın 18 ölkəsində 40 jurnalist qətlə yetirilib.

Bu barədə "Press Emblem Campaign" (PEC) qeyri-hökumət təşkilatının hesabatında bildirilir. Məlumata görə, hazırda münaqişə zonalarında hər ay orta hesabla on jurnalist ölür.

Təşkilat 2016-cı ildə "KİV işçiləri üçün ən ölümcül təhlükəli olan dövlətlər" sırasında Əfqanıstan (8 qurban), Meksika (5), Yəmən (5), İraq (3), Türkiyə (3), Suriya (2) və Pakistanın (2) adını qeyd edib.

Bundan əlavə, QHT-nin məlumatına görə, aralarında Rusiyanın da olduğu bir sıra digər ölkələrin hər birində 1 jurnalist qətlə yetirilib. Cəzasızlıq Meksika və Hondurasda "xüsusilə yolverilməz" xarakter alıb. Braziliya və Kolumbiyada, əksinə, müqəssirlərin məsuliyyətə cəlb edilməsində irəliləyişə nail olunub.

Təşkilat, həmçinin qeyd edir ki, hazırda münaqişə zonalarında hər ay orta hesabla on jurnalist ölür. Bu statistika ötənilki göstərici ilə müqayisə edilə bilər. 2015-ci ilin 12 ayı ərzində 135 jurnalist həlak olub./faktxeber/
355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber