Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Tramp qalib gəldi, Kruz seçkini dayandırdı

ABŞ-da prezidentliyə namizəd Ted Kruz İndiana ştatında keçirilən seçkilərin nəticələri bəlli olduqdan sonra namizədlik uğrunda yarışı “ürək ağrısı” ilə dayandırdığını elan edib.

İndiana ştatındakı səsvermədə üçüncü yeri tutan Con Kasiç isə namizədlik yarışında qaldığını bəyan edib.
ABŞ prezidentliyi seçkisinə Respublikaçılar Partiyasından namizədlər arasında lider Donald Tramp İndiana ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.

Onun bu ştatdakı 57 seçki nümayəndəsinin hamısını qazandığı bildirilir. Əgər Nyu-York milyarderi Respublikaçıların iyulda keçirləcək konventinə qədər 1237 seçki nümayəndəsi toplaya bilsə, qeyd-şərtsiz prezidentliyə namizəd olacaq.

“Reuters” bildirir ki, bunun üçün onun Kaliforniya və Nyu Cersi ştatlarında qalib gəlməsi kifayətdir.
433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber