Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Eldəniz Quliyev: "Azərbaycanda ən çox repressiyaya məruz qalan inanclı kəsimdir"

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Azərbaycanda ən çox repressiyaya məruz qalan inanclı kəsimin hüquqlarını müdafiəsi ilə ciddi və peşəkarcasına məşğul olmağın zərurətindən danışıb və bu yöndə inanclı kəsim nümayəndələrindən, ziyalılardan və mütərəqqi düşüncəli hüquq müdafiəçilərindən ibarət Müdafiə Komitəsinin yaradılmasını vacibliyini vurğulayıb. E.Quliyev artıq bu işə başladıqlarını qeyd edib.
“Biz, dəyərli Hacı Rövşənlə artıq bu işə başlamışıq. İlk olaraq, MK-nin görəcəyi prioritet işlər və komitənin tərkibi ilə bağlı müzakirələrə start vermişik. Heç kəsə sirr deyil ki, həm yerli hüquq müdafiəçiləri, həm də beynəlxalq təşkilatlar inanclı kəsimin müdafiəsinə ikili standartlarla yanaşırlar. Və nədənsə din xadimlərinin - hətta onlar zərrə qədər günühsız olsalar belə - müdafiəsindən çəkinir, haqqı söyləməkdən ehtiyatlanırlar. Belə münasibət nonsensdir və insan hüquq və azadlıqlarının qorunması işində böyük qüsurdur. Yaranacaq Müdafiə Komitəsi bu qüsurdan və bu sayaq yanaşmadan uzaq olmağa, dindarların hüquqlarını peşəkarcasına qorumağa çalışacaqdır”. /moderator/
428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11
Putin: “Tək