Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub: 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı-Şamaxı avtomobil yolunda baş vermiş qəza zamanı ölən və yaralananların adları məlum olub. Apa-nın məlumatına görə, İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1979-cu il təvəllüdlü Xəlilov Ramil Rövşən oğlunun idarə etdiyi 60-BH-117 dövlət nömrə nişanlı VAZ 21011 markalı avtomobilin qarşı tərəfdən gələn Şamaxı rayonu Xınıslı kənd sakini, Musayev İlyas Şahıbaba oğluna məxsus 90-HK-259 dövlət nömrə nişanlı VAZ 21015 markalı avtomobillə toqquşması nəticəsində R.Xəlilov və onun iki azyaşlı oğlu - 2008-ci il təvəllüdlü Əliheydər Xəlilov və 2010-cu il təvəllüdlü Abbas Xəlilov, eləcə də VAZ 21015-in sürücüsü İ.Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

VAZ 21011-in sürücüsü R.Xəlilovun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günel İsgəndərova, eləcə də VAZ 21015-dəki sərnişinlər - Həsənov Həsənalı Dünyamin oğlu və Aslanov Musa Abbas oğlu aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Güclü zərbənin təsiri nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Avtomobillərdə sıxılmış vəziyyətdə qalmış yaralılar və dünyasını dəyişən şəxslər FHN-nin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən xüsusi kəsici alətlərin köməkliyi ilə çıxarılıb.

*** 01.02

Şamaxı. Elvin Yaqubov-APA. Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza dekabrın 23-də gecə saat 23:50 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Pirsaat çayı yaxınlığında qeydə alınıb.

60-BH-117 dövlət nömrə nişanlı VAZ 21011 və 90-HK-259 dövlət nömrə nişanlı VAZ 21015 markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alan şəxslərdən üçü ölüb, 4 nəfər isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik ölən şəxslərin və yaralıların adları məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi