Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Rusiya NATO-ya qarşı yeni diviziyalar yaradır

Rusiya NATO-ya müqavimət göstərmək üçün Qərb Hərbi Dairəsində iki, Cənub Hərbi Dairəsində isə bir diviziya yaradacaq.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, hazırda bu diviziyaların dislokasiya yerləri hazırlanır.

Qeyd edək ki, bir müddət öncə NATO Şərqi Avropada öz bazalarının yerləşdirilməsi haqqında qərar qəbul edib. Üstəlik, dünəndən etibarən ABŞ Moldovada hərbi təlimlərə başlayıb.

Vaşinqton yaxın zamanlarda Gürcüstanda da hərbi təlimlər keçirməyi nəzərdə tutur.

Cənub Hərbi Dairəsinə Şimali Qafqaz, Krım, Həştərxan və Ermənistandakı Rusiya bazaları daxildir. Rusiyanın iki ən güclü - Qara dəniz və Xəzər donanmaları da bu dairənin tərkibində yer alır.
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber