Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Eldar Sabiroğlunun oğlunun ev dustaqlığı müddəti artırıldı

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun ev dustaqlığının müddəti artırılıb.

Vəkil Bəhruz Bayramov apa-ya bildirib ki, Binəqədi Rayon Məhkəməsi R. Səfərovun barəsində seçilmiş ev dustaqlığı ilə bağlı qərarın daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA