Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Kriminal avtoritet “Tağı Salyanski” tutuldu

Salyanda “Tağı Salyanski” ləqəbli avtoritet saxlanılıb. “Report” xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Əli oğlu Qasımov şübhəli şəxs qismində saxlanıb.

Axtarış zamanı onun üzərindən qanunsuz olaraq naməlum mənbədən əldə edib, üstündə gəzdirdiyi 1 ədəd KB-2338P nömrəli, 9 mm kalibirli, Rusiya Federasiyasının İjevsk silah zavodunda istehsal olunan “Makarov” konstruksiyalı tapança və onun 4 ədəd döyüş sursatı hesab edilən patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, əvvəllər də məhkum olunmuş Tağı Qasımov cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınır.
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
13.12.17, 08:53