Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

“AKP hökuməti artıq çat verib...”

Xəbər verdiyimiz kimi, gücünü daha da möhkəmləndirmək istəyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında soyuq münasibət daha da kəskinləşib. Xarici mətbuatın yazdığına görə buna Davudoğlunun Avropa İttifaqı (Aİ) ilə razılaşma təşəbbüsünün də təsiri olub.

Belə ki, Davudoğlu Ərdoğanla məsləhətləşmədən Aİ-yə üzv ölkələrə Yunanıstana gedən miqrantları Türkiyəyə yönəltməyi təklif edib və buna görə də prezidentin qəzəbinə tuş gəlib. Mətbuatda o da qeyd olunurdu ki, yaxın vaxtlarda Ərdoğan təşkil edəcəyi konqreslə Davudoğlunu “devirəcək”. Ancaq dünən Davudoğlu özü istefa anonsunu verdi.

AKP daxilindəki bütün səlahiyyətləri əlindən alınan Davudoğlu lazım gələrsə, bütün vəzifələrindən imtina etməyə hazır olduğunu bildirdi.
Burada digər bir məqam da var ki, Avropalı liderlər Ərdoğandansa Davudoğlu ilə işləməyə üstünlük verirlər. Çünki jurnalistlər əleyhinə iddia qaldıran, müxalif şəxslərə qarşı təzyiqlər edən və ona insan haqları barədə xatırlatma etdikləri üçün Qərbi azarlayan Ərdoğan getdikcə daha avtoritar lider kimi görünür.
412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP