Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

Qasim Süleymani: Şəhid zülmət hicablarını kənara çəkir və liqaullah məqamına nail olur

General Qasim Süleymani hərəm müdafiəçiləri haqqında danışıb
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Gücünün komandanı general Qasim Süleymani çərşənbə axşamı “Səkkiz Min Gilan Şəhidi” milli konqresindəki çıxışında deyib: “Şəhidlərin maarifi ilə tanış olmalıyıq. Şəhidləri dərk etməyincə şəhid olmaq olmaz. Bu gün bir kəsin sözündən şəhidin əxlaqının, rəftarının və kəlamının iyi gəlsə bilin ki, o şəhid olacaqdır”.
“Heç bir kəs elmsiz alim olmadığı kimi, şəhid olmağın da şərti şəhidliyi dərk etməkdir. Şəhid zülmət hicablarını kənara çəkir və liqaullah məqamına nail olur” -deyə İslam sərkərdəsi bildirib.
Qüds gücünün komandiri hərəm müdafiəçiləri şəhidlərini ağıllı və zəkalı adlandıraraq vurğulayıb: “Ağıllı və zəkalı olmaq sərvət toplamaqla deyil. Biz şəhidlərin məqamının dərk edilməsi məsələsində onların ecaz sahibləri olmasında şəkk-şübhə etməməliyik. Şəhidlərdən mədəd istəmək bir həqiqətdir. Şəhidlər ixlaslı olduqları üçün Rəsulullaha (s) qovuşublar”.
İmam Xomeyninin (rh) bacardığı işi şiə aləmində heç bir kəsin edə bilmədiyini xatırladan sərkərdə deyib: “İslama 13 əsrdən çox əməvilər islamı, abbasilər islamı və s. hakim oldu. Bunların hamısı ixtilaflar formalaşdırdılar. Amma İmam (rh) İran xalqını xalis İslamla müdafiə etdi. İmam (rh) bu işi ilə İranın özünə də qurtuluş verdi. İslam olmasaydı, səkkiz min gilanlı gəncin minlərlə kilometr uzaq olan Şələmçədə İranı müdafiə etməsi mümkün idimi?”
O təkid edib: “Bu günləri İslam quruluşunu müdafiə etmək, İslamı müdafiə etmək deməkdir. İmam (rh), İslam quruluşunu qorumağı vaciblərin ən vacibi bilirdi. Çünki İslam quruluşuna zərər gəlsə, namaza zərər dəyir”.
SEPAH-ın Qüds gücü komandiri məntəqədə, o cümlədən İraq və Suriyada baş verən hadisələrə toxunaraq deyib: “İranda bu qədər sabilik və əmin-amanlıq vardır. İran İslam Respublikasını hansı hökumətlə müqayisə etmək olar? Türkiyə iləmi? İslam hökumətinin uğrunda dünən 8 min nəfər şəhid olmağa dəyərdi. Bu günləri də onun uğrunda minlərlə insanın şəhid olmasına dəyər”.
İstiqlal, mədəniyyət, din, iqtisadiyyat və digər sahələrin hamısında keçərli bir mövzudur. İstiqlal təkcə ərazi bütövlüyü deyil. Şəhidlərimiz istiqlalın baqi qalması üçün şəhid oldular. Otuz ildir ki, bizə qarşı dayanmadan müharibə aparılır. Amma bizim vəfalı millətimiz, şücaətli rəhbərimiz olduğu üçün düşməni diz çökdürmüşük”-deyə Sərdar Süleymani xatırladıb.
İslam sərkərdəsi saleh camiənin yaranması üçün saleh adamların ona hökumətlik etməsini diqqətə çəkərək artırıb: “İslam dünyasında şəhidlərin qanının nailiyyətlərini söyləməyə acizəm”.
975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55